Respublika Dövlət Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.
Kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı, 3 filialı oxuculara xidmət göstərir. Kitabxana fondu dinamik artaraq 2021-ci ilə 276450 nüsxə kitab, 30 minə yaxın elektron kitab, virtual kitab sərgiləri, elektron məlumat bazaları və s. ilə www.clb.az üzərindən oxuculara xidmət edir.

Show More