MƏHSULUNUZ DANIŞSIN icon

MƏHSULUNUZ DANIŞSIN

Innovasiya Mərkəzi MMC
Free
10+ downloads

About MƏHSULUNUZ DANIŞSIN

“ Məhsulunuz Danışsın “ innovativ tətbiqetmə Müasir Qadın və Cəmiyyət İB tərəfindən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sahibkar qadınlara İnnovativ rəqəmsal dəstək “ layihəsi çərçivəsində hazırlanmışdır.

Proqram Azərbaycanda kiçik və orta bizneslə məşğul olan qadın sahibkarların
innovativ marketinq , piar, brendləşmə xidmətlərinin tətbiqinə və KOB subyektlərin innovasiyalaşmasına dəstək olmaq məqəsdi ilə yazılmışdır.

Proqram istehlakçılara daha asan və faydalı məhsulların əldə etməsi üçün çox əhəmiyyətlidir . Proqram həmçinin istehlakçılarınyaradır məhsul əldə etməsində bərabər imkanlar inkulizivliyin təmin olunmasına əstək olur. Bütün müştərilərin həmçinin görmə və eşitmə əngəlli insanların , yaşlıların məhsulların üzərində xırda hərflərlə yazılmış etiketlərin oxunmasında çətinlik çəkir, məhsulun nə qədər faydalı olması barəsində məlumat əldə edə bilmədikləri üçün çox vaxt məhsulu almaqdan imtina edirlər . Bu proqram istehlakşıların asan və rahat vasitə ilə məhsul barəsində məlumat almalarına dəstək olacaqdır . Elm texnika inkişaf edir dünyada hər şey sürətlə innovasiyalaşır artıq ənənəvi xarakter daşıyan məlumatlar faydasını itirir. Soyuq divara asılmış posterlər və ya xırda etiketli məhsullar bəzən rəqabətə dözməyərək bazardan çıxır . Bu proqram həm sahibkarların həm də istehlakçıların qayğılarının azalması , keyfiyyətli xidmət , və məhsulların piarını təmin edəcəkdir .
“Məhsul Danışsın” Proqramında 15 KOB subyektinin məhsul və xidmətləri
rəqəmsallaşmışdır.
Tətbiqetməni yükləyərək məhsulun üzərinə açılan kameranı
yaxınlaşdıraraq məhsulun haqında məlumat verməsini izləyə bilərsiniz.
Əlavə suallarınız olarsa innovasiya1@gmail.com ünvanına müraciə edə bilərsiniz..

MƏHSULUNUZ DANIŞSIN Screenshots