Leobank - bank kart onlayn icon

Leobank - bank kart onlayn

Unibank ASC
Free
4.8 out of 5

About Leobank - bank kart onlayn

Leobank Azərbaycanın ilk “mobile-only” (filialsız) bankıdır. Biz bütün bank prosedurlarını sadələşdirdik və sərfəli kredit kartı ilə təklif edən tətbiq hazırladıq.

Leobank ilə nə əldə edəcəksiniz?
- Çatdırılma ilə pulsuz kart.
- 15000 manata qədər kredit limiti. 62 günə qədər və faizsiz.
- Bankdan və tərəfdaşlardan 20%-dək keşbek.
- İstənilən alış-verişdə 24 aya qədər taksit imkanı.
- Tərəfdaş mağazalarda hissə-hissə və komissiyasız ödəniş imkanı.
- Cəmi 1% komissiya ilə nağd pul krediti.
- Leobank kartına köçürmə və kommunal ödənişlər pulsuzdur.
- Digər Azərbaycan banklarının kartlarına 2000 ₼-dək köçürmələr – komissiyasız.
- Xarici bankların kartlarına köçürmələr.
- Xaricdən kart balansının artırılması və SWIFT köçürmələri üçün rekvizitlər.
- ƏDV-nin geri qaytarılması.
- Səhmlərə və kriptovalyutalara sərmayələrin qoyulması.
- Rahat balansartırma üsulları ilə “Xəzinə” xidməti.
- Kartdakı şəxsi pulun qalığına 5% hesablanması.
- Apple Pay və Google Pay dəstəyi.

Leo kartını əldə etmək nə qədər asandır?
- Tətbiqi endirin və qeydiyyatdan keçin. Bu, 5 dəqiqəyə qədər vaxt aparacaq.
- Kartı pulsuz olaraq ünvanınıza çatdıracağıq.

Sizə uyğun olan kredit məhsulunu seçin
- Kreditlə bağlı dərhal qərarın verilməsi – qohumlara zəng etmədən və bir çoxlu sənəd olmadan.
- 15 000 ₼-dək kredit limiti (62 günə qədər pulsuz istifadə edilə bilər).
- Azərbaycanda və xaricdə istənilən alış-veriş üçün (həm qarşıdan gələn, həm də tamamlanmış) cəmi 1% komissiya ilə taksit imkanı.
- Tərəfdaş mağazalarda hissə-hissə və komissiyasız ödəniş imkanı.
- Cəmi 1% komissiya ilə nağd pul krediti. Tətbiqdə xidməti sifariş edin və Unibank bankomatından və ya filial kassasından pulunuzu komissiyasız şəkildə çıxarın.

Rahat şəkildə və büdcənizə təsir etmədən pul yığın
- “Xəzinə” xidməti ilə siz tez bir zamanda kifayət qədər pul yığa bilərsiniz :)
- “Xəzinə”nin balansını sizə rahat şəkildə artırın: müntəzəm avtomatik ödənişlər, kartla alış-verişdən qalıq və ya əllə balansartırma.
- Müxtəlif məqsədlər üçün eyni anda 10-a qədər “Xəzinə” yarada bilərsiniz.
- Hər ay “Xəzinə”dəki məbləğdən illik 5% əldə edin.

Google və ya Tesla səhmlərinin sahibi olun
Leobank tətbiqində siz 1 ₼-dən başlayan sərmayələr edə bilərsiniz:
- səhmlər (Apple, Google, Tesla, Amazon və s.);
- fondlar (SPDR S&P 500 ETF Trust, SPDR Dow Jones Industrial Average ETF Trust, SPDR Gold Trust və s.);
- Kriptovalyutalar (Bitcoin, Ethereum, Binance Coin və s.).

Tətbiqdə kartınızı idarə edin
- PİN kodun dəyişdirilməsi.
- Kartın bloklanması/blokdan çıxarılması.
- İnternet limitinin idarə edilməsi.
- İstənilən dövr üçün kart üzrə çıxarış.
- Kartın əlaqəli olduğu xidmətlərdə ödənişlərin bloklanması/blokdan çıxarılması.

Leobank-ın bütün üstünlüklərini qiymətləndirin
- Tərzli və aydın tətbiq. Tünd rejim çox gözəl görünür :)
- Kartınız üçün çoxlu dizaynlar.
- İnkoqnito rejimi – heç kim balansınızı və ya əməliyyatlarınızı görməyəcək.
- Kommunal ödəniş skaneri.
- Ölkə üzrə xərcləmələrin rahat analitikası, aydın qrafiklər, ödənişlərlə bağlı qeydlər.
- Ödənişləri daha əyləncəli etmək üçün “Silkələ və ödə” xüsusiyyəti.
- Ödənişlərə reaksiyalar: "sağ ol" və ya "pul gəldi" yazmaq əvəzinə emoji göndərin.
- Ödənişə ödənişlə cavab verin və bir toxunuşla əvvəlki ödənişləri təkrarlayın.
- Hesabların bölünməsi, məsələsən, ortaq restoran hesabını dostlarınızla bölüşə bilərsiniz.
- Leo tətbiqinin nişanından istifadə edərək ƏDV-nin geri qaytarılması üçün qəbzlər əlavə edin.
- Tətbiq internet olmadan da işləyir.
- Dəstək xidmətində robotlar yoxdur! Sizə rahat istənilən messencerdə və ya telefonla canlı ünsiyyət.

Leobank - bank kart onlayn Screenshots