Bu proqram ÜST-ün Azərbaycan Ofisinin PROACT-Care layihəsi çərçivəsində ilkin səhiyyə işçiləri üçün hazırlanmışdır. NBYS Azərbaycanda ilkin səhiyyənin xidmətinə uyğunlaşdırılmış bir proqram versiyasıdır. Bu proqram sayəsində internet çıxışı olmayan bölgələrdə xəstə yanında müayinə zamanı elektron qeydiyyat prosesi aparıla biləcəkdir. PROACT-Care NBYS, qoruyucu səhiyyə xidmətlərini prioritetləşdirən, xüsusi əhali qrupları üçün inteqrasiya olunmuş modullara malik, istənilən platformada onlayn/oflayn istifadə edilə bilən və video zəng ilə real vaxt rejimində xəstələrlə görüşmək və onlara konsultasiya imkanı təqdim edən, smart bir ilkin səhiyyə xəstələrinin qeydiyyat proqramıdır.
Show More