Uşaq Bilik Portalı icon

Uşaq Bilik Portalı

Telman Mammadov
Free

About Uşaq Bilik Portalı

2013-cü ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) saytında uşaqlar üçün bilik və əyləncə mənbəyi – Uşaq Bilik Portalı fəaliyyət göstərir. Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun təşəbbüsü ilə yaradılmış portal uşaqların və yeniyetmələrin dünyagörüşünün inkişafına dəstək olmaq, estetik zövqünü formalaşdırmaq, onları elmi nailiyyətlər, tarixi hadisələr və görkəmli şəxsiyyətlər barədə məlumatlandırmaq, asudə vaxtlarının mənalı keçirməsinə kömək etmək məqsədi daşıyır.

Portalda materiallar ayrı-ayrı rubrikalarda yerləşdirilir. Burada izləyicilər Azərbaycanın və dünyanın görkəmli şəxsiyyətləri, əlamətdar hadisələr, kəşflər, təbiət və hətta kosmos haqqında müxtəlif məqalələrlə yanaşı, uşaqların maraq dairəsinə daxil olan tədbirlər haqqında operativ xəbərlər əldə edə bilərlər.

Portalımızda uşaq ensiklopediyası, videoçarxlar, musiqi, cizgi və bədii filmlər, rəngarəng oyunlar da yer alır. Uşaq Bilik Portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Uşaq Bilik Portalı Screenshots

More from Telman Mammadov